Ləblərin yadi ilə didələrim qan doludur,
Ağlamaqdan ətəgim ləl ilə mərcan doludur.
Səri-kuyində nə ğəm, nalə qılursa dilü can,
Yüzü gül gülşən ara bülbüli-xoşxan doludur.
Gər şikayət edəyim qaşı yayı oxudin.
Hər yana sancıla sinəmdə bu peykan doludur.
Buyi-zülfin gətirir yadimə badi-səhəri,
Canü dil bağçasında müşk ilə reyhan doludur.
Ey Xətayi, özünü xak edə gör pak olasan,
Mənlik etmə ki, cahan əhlinə ürfan doludur.