Rüxlərin müshəf, nigara, qaşların mehrablər,
Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.
Zərrə ikən gün təki aləmdə məşhur olmuşam,
Ta mana düşdi sənin mehri-rüxündən tablər.
Gər sənin yüzün degil aşiqlər üçün qibləgah,
Bəs nədən oldu hilali qaşların mehrablər?
Ta sənin zülfü rüxüni görmişəm hər sübhü şam,
Gecə-gündüz giryədən gəlməz gözümə xablər.
Çini-zülfün bəndinə düşdü Xətayi xəstə dil,
Şərbəti-ləlindir anə qənd ilə innablər.