Hüsnün bəyani sureyi-Yasinü haləta,
Ey Kə`beyi-mübarəkü vey Mərveyi-Səfa.
Dövri-fələk verürsə mənə ixtiyarini,
Bir tari-muyini dü cəhanə qılam bəha.
Gəlmiş degil, gəlibdürə bilməz beruzi-həşr
Dövri-qəmər sənin təki bir şahi-məhliqa.
Kim ki, vüsalin istiyə ixlas ilə sənin,
Üstündə zilli-sayeyi-səadət dutar hüma.
Toprağə bas əyağini, ey gözlərim nuru
Kim, xaki-payini dilərəm bəhri-tutiya.
Şeydavü məstü valehü heyranəm, ey sənəm,
Ixlas ilə yolunda mənəm rindü canfəda.
Xurşidü mahü cümlə sitarə bər əncümən
Qıldı sücüd surətinə, ey əzizi-ma.
Ruh müsəvvər oldu yüzündən beabü gil,
Sənsən, şəha, bu əhsəni-təqvimə kimiya.
Insan deyirdi göydə mələk yox idi hənuz,
Sən var idin cəhanda, əya dürri-ibtida.
Həmtasi ol şəhənşahi-ə`zəm nigarımın
Yoxdur behəqqi-hörməti-övladi-Mustəfa.
Yarın yolunda xəstə Xətayi yoruxmə tiğ,
Olgil şəhidi-dəşti-biyabani-Kərbəla.