Çıxıb gül fəslində seyrə nigarım,
Sənalar eylərəm baharü yayə.
Doyunca gör qəddin, gözüm, bu qəmlə
Ömr çatmaz bir dəxi ilə və ayə.
Dedim: dilbər, məndən gəzmə dəxi dur,
Yolunda payəndaz baş ilə candur.
Dedi: çün oxşatdın, məndən uzaq dur,
Qəmzəmi peykanə, qaşımı yayə.
Söylə, səba, yarə, əsib o yana,
Olurmu bir əhvalıma o yana!
Səhər ki, xabından sərxoş oyana
Bənəfşə tək üzdə telini yayə.
Əcəl saqisindən allam peymanə,
Vəfa gər etməsəm əhdü peymanə,
Məsturə tələtin cahan peymanə?
Nə nisbəti onun xurşidə, yayə!
Səg rəqibin ya rəb, başına qarə!
Baxmasın bir də o sinəsi qarə!
Mənə ki, rəhm etməz o bağrı qarə,
Oxusan yüz ona hədisü yayə.