Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görçək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.
Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı;
Dedi: “Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoşliqasən sən,
Yeri var söyləsəm – hümasən sən.
Türklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun irq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə səfa nəfəsin!”
Boylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin – ğa,
“Ğa” edərkən hənuz bircə kərə
Pendiri dimdiyindən endi yerə.
Tülkü fövrən havada qapdı, yedi,
Qarğaya tənə ilə boylə dedi:
“Olmasaydı cəhanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar”[1].
Ilk dəfə “Yeni məktəb” dərsliyində (1909) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.