Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,
Kipriyimlə asiyanın gərdini pak eylərəm.
Ta ki, gördüm sağəri-səhbadə əksi-surətin,
Ömrlərdir kim, cəhanda xidməti-tak eylərəm.
Eşqini asan bilirdim, çəkdi iş risvalığa,
Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?
Boynuma saldım o ziyba tələtin zülfi-kəcin,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.
Vəslə ümmid olsa, hicrində bu cari[1] ünsürü,
Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.
Urma şanə zülfünə, narahət etmə könlümü,
Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.
Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.
İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur.