Sövdayi-məvəddətdən
Xali görünür başlar;
Biganə bilir yeksər
Qardaşları qardaşlar.
Gözlər dəxi qan saçsın,
Bitsin saçılan yaşlar;
Ağlar bizə torpaqlar,
Dağlar, dərələr, daşlar...
Sinhar, edəlim xidmət
Insanlığa, yoldaşlar!
Qeyrət, a vətəndaşlar!
Himmət, a vətəndaşlar!
İlk dəfə “Günəş” qəzetində (19 dekabr 1910, № 95) “Ə.S.” imzası ilə çap olunmuşdur.