- Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
- Təhsili-ülum ilə olur rütbeyi-irfn!
- Elm isə olur hankı məkandan bizə vasil?
- Məktəbdə kitab ilə olur səylə hasil!
- Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?
- Ol mətbəədən aləmə bəxş etdi fəvayid!
- Kəşf oldu kimin sayeyi-səyində bu sənət?
- Göstərdi Hutenberq[1] bu sənətdə məharət!
- Kafi olub icrası üçün sərvəti-bari?
- Məfluk olub icrayə varınca bu şiari!
- Yetdi necə bəs mövqei-ikmalə bu sənət?
- Etdi iki sərvətli zəvat ilə şərakət!
- Şirkətlə məgər boyləcə müşkül olur asan?
- Şirkətdədir icrayi-əməl, nəfi-firavan!
- Etsək nə olur biz də belə şirkətə iqdam?
- Sus, söylə bizə təfriqəyi, ta edək əncam!..
Ilk dəfə “Səda” qəzetində (3 iyun 1910, № 127) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.
[1] Hutenberq İohann (1400-1468) – alman ixtiraçısı. 1440-cı ildə kitab çapının Avropa üsulunu yaratmışdır.