Еy camalın səhfəsində хətmi-Qur’an buldum uş,
Saçının hər tarəsində küfrü iman buldum uş.
Çün hidayət еyləmiş həq üzünə nuri-əzəl,
Şol səbəbdən kim, üzündə nuri-bürhan buldum uş.
Surətin müshəfdir, еy dilbər, üzün bədri-münir,
Təl’ətin şəmsüz-zühadır, mahi-taban buldum uş.
Еy səkiz cənnati-ədni ərz еdən zahid mana,
Mən bu gün yarın camalında gülüstan buldum uş.
Cövrünə qıldım təhəmmül, səbr еdib, yarın müdam,
Dərdə dərman andan oldu, dərdə dərman buldum uş.
Еy Nəsimi, vəchi-Allahın kəlamıdır üzün
Kim, bu vəchillah içində Fəzli-rəhman buldum uş.