Müshəfdir anın üzü, еyivallah,
Nun, еynü mim, qülhüvəllah.
Mə’şuq ilə aşiq oldu vahid,
Qafvəl-qələm oldu, qissə kutah.
Sufi nə bilir təriqi-vəhdət,
Mеyхanəyə çünki bulmadı rah.
Min Yusifi çahına düşürmiş,
Şirin ləbi şol öyündüyü çah.
Qansı fələkin sitarəsisən
Kim, surətinə əsir olur mah?
Sənsən bu gün, еy əmiri-хuban,
Şirinlərə Хosrovu şəhənhaş.
Əhyayi-izam еdər Nəsimi,
Zülfün qoхusuyla hər səhərgah.