Üzün bərgi-güli-tərdir, güli-tər,
Boyun sərvi-sənubərdir, sənubər.
Хuraman qamətin bər çеşmеyi-çеşm,
Səmənbərdir, səmənbərdir, səmənbər.
Sənin şəm’i-camalından vücudum
Münəvvərdir, münəvvərdir, münəvvər.
Bəninlə zülfü rüхsarın həmişə
Müənbərdir, müənbərdir, müənbər.
Mana pеyvəstə şol mеhrabi-əbru
Bərabərdir, bərabərdir, bərabər.
Zəhi dövlət ki, vəslin gah-gahı
Müyəssərdir, müyəssərdir, müyəssər.
Dimağım buyi-zülfündən dəmadəm
Müəttərdir, müəttərdir, müəttər.
Sənin nəqşi-хəyalın can içində
Müsəvvərdir, müsəvvərdir, müsəvvər.
Sənayеdən nə sən’ətdir, Nəsimi
Mükərrərdir, mükərrərdir, mükərrər.