Ey söz, nola dersəm sənə xurşidi-səmavat,
Səndən alıyor nurü ziyayi həmə zərrat.
Bir nuri-həqiqətsən, edib həq səni nazil
Kim, bəxş edəsən gülşəni-nasutə füyuzat.
Gəh lövhdə məstur, qələmdən gəhi cari,
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.
Sübhi-əzəlidən üzün etdikdə təcəlli,
Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat.
Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün,
Tənviri-üyun eyləyir ərbabi-kəmalat.
Bir mohibeyi-lütfi-xudasən ki, həqiqət,
Insanlar edir zatın ilə fəxrü mühabat.
Sərkəşlərin həp taətə məcbur ediyorsan,
Təsiri-nüfuzunla ərir sanki cəmadat.
Ey bariqeyi-fikr, əya ləmeyi-vicdan!
Ey şəşəeyi-qəlb, əya nuri-xəyalat!
Növi-bəşərə tərbiyəbəxş olduğun üçün –
Gər densə səzadır sənə ümmül-ədəbiyat.
Sənsən füsəhayi-ərəbi eylədin ilzam
Izhar bəlağətlə, əya nuri-hidayat.
Mümtaz elədin növi-bəni-adəmi əlhəq,
Insan sənin ilə edib ehrazi-məqamat.
Vicdanü dili-Sabirə nəşr eylə füyuzin,
Ta kim, bitə könlündə rəyahini-kəmalat.
Ilk dəfə “Füyuzat” jurnalında (18 dekabr 1906, № 5) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.