Könlüm quşu seyd oldu gözü qaş arasında,
Qanlar düşəcəkdir iki yoldaş arasında.
Sədparə dilin hər itinə parəsi düşdü,
Təqsim ola yəğma necə ovbaş arasında.
Bak eyləməzəm sənki-cəfadən eşigində,
İncirmi vətəndən, kəs ola daş arasında?
Sərçeşmeyi-çeşmimdə ləbin əksidi bilməm,
Ya xuni-cikərdirmi gəlib yaş arasında?
Bir aydı qaşın tərhinə qoymuşlar əl, əmma
Var külli kəşakəş hələ nəqqaş arasında.
Köksün çıxarıb gül pirəhəndən o nigarın,
Əmib-əmib, ondan qoyasan baş arasında.
Zakir, belə avarəvü heyran qalınca,
Ölüb qala idin oların kaş arasında.