21 iyul Rusiya, sənə 1877
Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.
Badkubəyə gələn telləri oxuyan, biz çap elətdirdiyimiz telləri görüb bizə töhmət etməsin ki, onların hamısını çap elətmirik, biz ağa quluyuq...
DAXİLİYYƏ
1852-ci sənədə hökm olunub ki, Qafqaz vilayətinin şəhərlərində mümkün olduqca təzə şəhər qərardadı bina olunsun və bu günlərdə Badkubə şəhərində şəhər pulu verənlərin siyahısı xalqa məlum olacaq ki, ondan sonra o siyahıda ismiləri olanlar cəm olub, zikr olan siyahıda adları olanlardan şəhər divanxanaları üçün calislər intixab eləsinlər.
Bu qərardadın muradı budur ki, şəhər əhli şəhərdən təhmilatı cəm edib, özü o məbləği məsrəf eləsin. Əlbəttə, bu muradın yaxşı olmağına söz yoxdur, amma məlumdur ki, nə qədər bir çobanın əyninə əlvan paltar geyəsən çoban çobanlığın-dan çıxmaz və habelə nə qədər əlatər qərardad ola, onu iştədənlər nadan olsa, ol qərardaddan bir səmərə olmaz. Pəs indi qoyulan qərardad nə qədər yaxşı da olsa, onun yaxşı iştənməyinə səbəb biz özümüz olacayıq. Ona binaən ki, onu iştədənləri biz özümüz intixab edəcəyik. Çünki bizim adam həmişə başısoyuqluğa adət edib və bu halda bir tərəfdən taun və bir tərəfdən cəng xəbəri bizi dəxi başısoyuq edib, ona binaən lazım bilib bizim intixab edici qardaşlarımıza bir az məsləhət edəcəyik.
Siz allah, intixab edən zaman intixab elədiyiniz adamların uzun saqqalına, böyük qurşağına, dəmir sandığının doluluğuna baxmayın. Şəhər divanxanalarında danışıq və yazı-pozu rus dilində olacaq. Ona binaən gərək rus dili bilən doğru adamlar intixab edəsiniz ki, xaçpərəstlər intixab edən calislərin (onlar üçdən iki hissə intixab edəcəklər) arasında bizim adımızı dəxi ziyadə batırmasınlar.
Güman etməyin ki, bu məsləhəti biz özümüzdən ötrü deyirik. Xeyr, biz buğda yeyib cənnətdən çıxmışıq. Bizi intixab edicilərin siyahısına yazmayıblar. Ona binaən ki...
Nə bər şütür səvarəm,
Nə çü xər, bəziri-barəm,
Nə xudavəndi-rəiyyət,
Nə qulami-şəhriyarəm[1].
ƏFALİ-ƏHLİ-DEHAT
Yazırlar ki, Misirdə bir ərəb pambığa oxşayan bir ot tapıb, onun toxumunu yığıb, əkib, becərib. İran bu təzə otdan pambıq əmələ gətirir ki, əsil pambığdan əlatər olur.
Bu ot pambıq otuna oxşayır, amma onun 4 arşın hündürlüyündə bircə budağı olur ki, onun başında 70-dən ziyadə gül açılır. Çünki bizim pambığın budağı çox olduğuna artıq yer tutur ki, hər otun bir-birindən arası bir arşın olur; lakin bu təzə pambıq az yer tutduğuna onun arası yarım arşın da olsa, yaxşı əmələ gəlir. Bu səbəbə təzə pambığı əkib becərmək zəhməti birə-bir az olur. Bu təzə ota bamya pambığı deyirlər. Belə güman edirlər ki, onun toxumu Misir məmləkəti Sudan vilayətini bir neçə il bundan əqdəm zəbt edəndən sonra Sudandan Misir torpağına düşüb.
_______________
Zavodlarda buğdadan nişastanı belə çəkirlər: çay ya yağış və ya şirin budaqların suyunu soyuq ya ilıq edib, bir qabda buğdanın üstə töküb, 8 – 10 gündən sonra suyu süzüb, buğdanı ərradə oxuna oxşayan ağaclar ilə əzib, xəmir edib, bu xəmrin üstə təzə su töküb, ona xəmir maya kimi turşu vurub, 2 həftəyəcən kürək ilə qarışdırıllar, ta ki, xəmir dəxi qaynamasın, yəni xəmirdən əmələ gələn hava qismi şeylər ondan bilmərrə rədd olsun. Sonra suyu süzüb, xəmiri bir ələk üstə qoyub, üstə təzə su töküb, ol qədər yuyurlar ki, xəmirin nişastası su ilə bilmərrə rədd olsun. Bu suyu 3 gün saxlayanda nişasta onun dibinə düşür. Ol vaxtda suyu süzüb nişastanın üstünə təzə su töküb, qarışdırıb bir nazik ələk üstə töküb, süzüb, 47 saat saxlayandan sonra, suyu süzüb nişastanı belə qurudullar: onun üstə bir parça çəkib, parçanın üstə kül töküllər ki, bu kül nişastanın nəmişliyi-ni çəkir. Sonra nişastanı nazik, uzun doğrayıb təndirlərdə qurudullar.
_______________
Şvedsariya vilayətində pəniri belə qayırıllar: südü mis qazanlara töküb, ona turşumuş mal mədəsi vurandan yarım saat sonra onun içinə bir dəstə nazik ağac (çub) salıb, ol qədr çırpıllar, ta ki çürümüş süd xırdalanıb, noxud boyda parça-parça olur. Sonra onu ocağa qoyub, 60 dərəcəyəcən qızdırıb, bu zaman həm çırpıl-lar. Sonra torbalara töküb, iki taxta arasında, yəni maşın ilə sıxıb bir quru, 12 dərəcə istisi olan otaqda saxlayıb hər gün də duzlu su ilə sürtüllər, ta ki yetişib tamam olur.
_______________
İnsanın bədəni yanmaqdan, məsələn, qaynarsu tökməkdən qabarıb ziyadə azar edər. Bu qabarın içi su ilə dolu olur. Yazırlar ki, belə qabarı duzlu ya zəyli suya salanda qabarın içindəki su bu duzlu sudan duru olduğuna dəridən keçib duzlu suya qarışır və bu səbəbə belə qabarı yarım saata sağaltmaq olur və əgər qabar olan yeri duzlu suya salmaq məqdur olmasa, ol vaxtda bir əsgini tez-tez duzlu suya batırıb onun üstə qoyanda qabar çəkir.
_______________
Havanın dəyişilməyini piş əzvəqt bilmək əkin və ziraət edən kəslər üçün çox lazımdır. Amma havanın dəyişilməyinin səbəbi çox olduğuna onu bilmək məqdur deyil. Əkinçi bunu bilməkdən ötrü Avropa əhli çox səy edir. Amma bu halda onun bircə əlacı var. Külək ya yağış başlanan yerdən o külək ya yağış gedən tərəflərə tel göndərib məlum eləmək ki, filan tərəfə külək ya yağış getdi. Çünki tel tamam kürreyi-ərzin ətrafını bir dəqiqədən də tez gedir, amma külək və yağış dəqiqədə bir neçə verst ancaq gedir, ona binaən tel gələn yerdə sakin olan kəs tel göndərilən yerin fasiləsini hesab edib bilə bilir ki, neçə saatdan sonra külək əsəcək ya yağış yağacaq.
Yazırlar ki, Parij şəhərində bir yer bina olub, tamam Avropa qitəsinin bu başın-dan o başınacan, yəni İstanbuldan Londonacan hər gün sübh saat 8-də hava necə olmağı tel ilə gəlib məlum olur və ol yerdən Firəngistanın 500-dən ziyadə kəndinə (günü-gündən tel apartdıran kənd artır) o xəbər günorta vaxtı gedib yetişir ki, o kəndlərdə sakin olanlar piş əzvəqq hava dəyişilməyini bilir.
MƏKTUBAT
Şamaxıda bir qabili-ərz əhvalat yoxdur. Məgərin ki, bir neçə gündür ki, Şama-xıda havanın hərarəti nəhayət şiddət edibdir. Mizanül-hərarət gün qabağında qoyanda otuz qrata çıxır. Ətraf kuhistandan şəhərə gələn çeşmələrin suyu münqət olubdur və çayların suyu quruyubdur, əlatəş sədası asimana bülənd olubdur. Bu günlərdə Şamaxının şəhəri susuzluq barəsində səhrayi-Kərbəlayi-pürbəladan bir nişanədir. Bir para meyvələr susuzluqdan tələf olub və hərarət şiddətindən çox adamların dimağı eyib edib, divanə olublar və o divanələrdən bir nəfər öz əqrəba-sını bıçaq ilə məcruh edibdir. Allaha təvəkkül.
M ə k t u b i-m ə n z u m ə
Ey bizə xeyrxah olan Möhsün,
Əhli-ehsanu xoşnişan Möhsün!
Millətin qeyrətin çəkən qardaş,
Toxmi-xoşbəxtlik əkən qardaş.
Sözlərin dün gətirdi şurə məni,
Şad qılsın görüm ilahi səni!
Yazmış idin ki, ey güruhi-bəşər,
Əhli-islamü qövmi-paksiyər,
Ayılın bircə xabi-qəflətdən,
Geri qaldıq təmam millətdən!
Afərin, ey yeganeyi-dövran!
Pəndinə yoxdur şəkkü reybü güman.
Məsəlin xub, sözlərin mərğub,
Zövq edər guş edəndə əhli-qülub.
Filhəqiqət dirəxti-nakamil
Tərbiyət fezyinə olur şamil.
Növi-insan deyil ağacdan kəm,
Qabili-tərbiyətdi hər adəm;
Daşı təsiri-afitabi-fələk
Döndərib ləli-nab edər bişək.
Nafi-ahudə müşk edir qanı,
Dürri-nab eylər abi-neysani.
Elm üçün, ari, əhli-hikmətlər,
Çəkib aləmdə çox riyazətlər.
Elmsiz kimsənə hünərsizdir,
Elmi-bitərbiyət səmərsizdir.
Tərbiyət mayeyi-səadətdir,
Tərbiyət şəxsə malü dövlətdir,
Elmlə hər o kəs ki, danadır,
Qabili-feyzi-rəbbi-əladır.
Nitq ilə mürdələr qılan əhya
Qaçdı nadandan həzrəti-İsa.
Elmdir baisi-tərəqqiyi-tam,
Alimə tay deyil güruhi-əvam.
Bunu da bil ki, ey qərini-şərəf,
Elm ancaq deyil bu “Nəhv” ilə “Sərf”.
Bu deyil ancaq elm ki, ey dana,
Edəsən bövl vəqtə-istibra.
Hələ qalsın bu rəmzlər barı,
Elmsiz adəmin nə miqdarı?
Möhsüna, eyfəda olum sənə mən,
Etdiyin fikri-bikrə səd əhsən!
Bilməyən yoxdu kim, bu mənanı:
Tərbiyət kamil eylər insanı.
Tutalım gəldik əmrə mərdanə,
Baxmadıq tənü lənü nadanə,
Tutalım eylədik bu əmrə tifaq,
Tərbiyət biz gərək ki, kimdən alaq?
Hansı məktəbdə fövği-ətfali
Hansı bir elmdən edək hali?
Məktəbi-tibb, ya ki hikmətdən?
Ya ki hərbiyyə, ya ki hirfətdən?
Necə kim, ol “Vəkili-naməlum”
Eyləmişdi bu nüktəni mərqum,
Əvvəla, bizdə yox o məktəblər –
Ki, verə kəsbi-elmi xəlqə səmər.
Nə o günə kitablar əlan –
Ki, ola öz lisanımızda bəyan.
Bizə hasil və şey olur yoxdan –
Ki, itibdir kitabımız çoxdan,
Hansı bizdə “Xülasə” səmərə,
Hansı “Cəbrül-müqabil” xəbəri?
Səhl, dillərdə elmi heyət yox,
Cəmü təfriqü zərbü qismat yox.
Nə təqiyyə, budur sözün safi,
Küfrdür bizdə elmi-coğrafi.
Elm evi oldu ol zaman bərbad,
Ki, etdi rehlət xəlifeyi-Bağdad.
Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşi altı köhnə həsir,
Neçə ətfali-müztərr onda əsir.
Dərsimizdir kitabi-“Kürbəvü muş”,
“Nəqli-həmdunə”, “Qisseyi-xərguş”.
Oxuruq, çox tərəqqi etsək əgər,
Cümlə “Tarixi-nadir”i əzbər.
Bixəbər elmi-paki-hikmətdən,
Bisəmər cadeyi-şəriətdən.
Deyəcəksən ki, ey qərini-ədəb,
Pəs gəlin tazədən açaq məktəb.
Biz bu əmrə görək ki, ey xoşnam,
Hansı qüdrətlə eyləyək iqdam?
Pulumuz varmı ol sərəncamə,
Ta yetişsin fəqirlər kamə?
Əhli-islam eyləyibdi vəfat,
Dəxi müşkül tapar bu qövm həyat.
Məgər ol Əsgəri-Goranlı gələ,
Neçə məktəb gələ dəxi əmələ.
Vəzirov bəlkə eyləyə imdad,
Qıla bu qövmi elm üçün irşad.
Aça onlar da mən kimi məktəb,
Çəkələr ruzü şəb ənavü təəb.
Bar ilaha, behörməti-Quran,
Bizə çatdırsın onları sübhan.
Seyyida, hər güruh içində ola,
Daima əhli-halə eylə dua.
ELM XƏBƏRLƏRİ
Yazırlar ki, İngilis və Rusiya dövlətləri hər il Məşriq-zəminə 24 milyon manatlıq mal aparıb satıllar. İngilis vilayətinin bircə Birminğam şəhərində bir həf-tənin müddətində qayrılır: dəmir qələm 14 milyon, dəmir çaharpay 6 min, tüfəng, tapança 7 min, mismar 100 milyon, at yəhəri 1000, mis pul 5 milyon, çeşmək 20 min, kağızdan şeylər 382 put, almasdan qayrılan şeylər 25 min manatlıq, dəmirdən və polladan məftil 6 min verst uzunluğunda, sancaq 620 put, övrətlər üçün qırmaq 310 put, dəmirdən bəndlər 41 min put, təzə gümüşə oxşayan mədəndən şeylər 2500 put, daşdan hasarlar üçün dayaq 1200, dəmirçi körüyü 3500, misdən, bronzdan kiçik şeylər 50000.
_______________
Yazırlar ki, havada su buğu artıq olduqcan ulduzların şəfəqi ziyadə olur və bu səbəbə yağış yağmağı piş əzvəqt bilmək olur.
_______________
Elmi-hikmət sübut edir ki, yer girdədir və bunun bir dəlili budur ki, bir kəs gəmilə Dəryayi-mühitə girib bir tərəfə, məsələn, Məşriqə getsə axırda genə ol yerə gəlir. Əlbəttə, yer düz olseydi, belə səfərə gedən heç geri qayıtmaz idi. Bu tövr kürreyi-ərzin ətrafını dolanmaq səfəri çox çətin idi ki, 3 – 4 ilə onu ancaq qurtarmaq olurdu. Yazırlar ki, Firəngistanın Parif şəhərində bir icma bina olub ki, hər xahiş edəni aparıb kürreyi-ərzin ətrafını səyahət elətsin. Hər kəs bu səfəri xahiş etsə, gərək piş əzvəqt ol icmaa məlum eləsin, sonra icma onları yığıb gəmilə göndərir.
Yazırlar ki, icmanın əvvəlinci gəmisi bu il may ayında Marsel şəhərindən çıxıb gedib və 10 – 11 aydan sonra qayıdıb genə Marselə gələcək.
_______________
Yazırlar ki, yer üzündə 23 min qəzet çap olunur. Germaniyada 3775, Avstriya-da 1200, Şvedsariyada 450, İngilisdə 2500, Firəngistanda 2000, İtaliyada 1126, Rusiyada 500, Şvedsiyada 296, Norvegiyada 178, Daniyada 250, İspaniyada 400, Portuqaliyada 250, Hollandiyada 250, Belgiyada 250, Osmanlıda 200, Şimali Amerikada 8129, Cənubi Amerikada 1000, Hindistanda 250, Çində 50, Japoniyada 75, İranda 2 və Asiya qitəsinin qeyr vilayətlərində 10, Afrika qitəsində 50, Avstra-liya qitəsində 100.
TƏZƏ XƏBƏRLƏR
Bu il yayda Badkubədə 3 – 4 dəfə şimal küləyi əsibdir. Hər dəfə 1 – 2 gün. Qeyr vaxtlar külək olmadığına bərk isti olub ki, mizanül-hərarət gün altında 45 dərəcədən də ziyadə isti göstərib.
_______________
Rəştə gedən həkimlərimiz gəlib çıxdı. Onlar deyir ki, naxoşluq həqiqət taun olmağı məlum deyil. Amma iş budur ki, İranda meyiti şəhərin içində basdırıllar və onun üstünü yaxşı torpaqlamırlar. Bu səbəbə şəhərin havası və veyllərinin suyu günü-gündən xarab olur. Ona binaən biz qorxduq ki, ol naxoşluq döndərib taun eləməsin və bu səbəbə cənab valiyi-Gilandan iltimas elədik ki, şəhərin ətrafında bir yer ölüləri basdırmaq üçün müəyyən eləsin. Amma ol cənab bizim iltimasımızı qəbul eləmədi. Belədə biz naəlac qalıb yazdıq ki, karantin bina olsun.
_______________
İngilis qəzetləri yazırlar ki, bir şəxs bir alati-hərbiyyə ixtira edib ki, topa oxşu-yur. Onun ağzına iki qılınc hər biri 6 arşın uzunluqda bir yerə möhkəmlənmiş qoyub, sonra topu doldurub atanda o qılınclar düşmən əsgərinin içinə daxil olub, altı yüz arşın adamları qırıb gedir.
Türküstandan yazırlar ki, Türküstani-şərqiyyənin hakimi Yəqub xan Çin məmləkətilə cəng edirdi. Amma məzkur xan bir davada basıldığına acıqdan bağrı çatdayıb vəfat edib. Ona binaən onun oğlu Begim bəy onun yerinə hakim olub.
_______________
Novqrad şəhərindən iyulun 18-də yazırlar ki, bu gün bizim şəhərimizə 500 çərkəs gətirdilər ki, burada kəndlərdə sakin edəcəklər. Onlardan bəzi rus dili danış-mağı bilir. Bunlar deyiblər ki, Dağıstanski və Terski oblastlardan genə də çox adam göndərirlər və onları Novqrad və Voronej və Voloqda və qeyr quberniyalar-da sakin edəcəklər.
Bu öz külfətləri ilə göndərilən çərkəs və ləzgilərin taxsırı budur ki, onlar dövlətə yaği olmuşlar imiş.
_______________
Avropa dövlətlərindən bir-birinə poşt getmək xüsusunda o dövlətlərin arasında kağız bağlanıb və bu kağıza sərəncam çəkmək Şvedsariya dövlətinin poştxanasına rücu olub. İndi “Tiflisski vestnik” qəzeti yazır ki, zikr olan poştxana elan edir ki, İran dövləti də özünü o kağıza saldırıb. Ona binaən Rusiya ilə İranın arasında Badkubə dəryası ilə poşt açılıb.
_______________
Bizim əsgər Ərzurum tərəfində olanda üç min erməni (övrət, uşaq, qoca) onlara qoşulub, onlar ilə Qafqaza gəliblər. Bu halda Tiflisdə onlar üçün pul cəm edirlər və belə danışıq var ki, onları Qafqaz vilayətində sakin eləsinlər. Bu barədə qəzetlərin arasına mübahisə düşüb. Bəzi deyir ki, erməni tayfası ticarət əhli olduğuna Rusiya-dan Qafqaza ticarət əhli gəlməyə mane olur. Ona binaən onları burada sakin elə-mək dövlətin nəfi deyil. Bəzi deyir ki, erməni tayfası əkin və ziraət də edir, pəs onları sakin eləmək dövlətin nəfidir.
_______________
Yazırlar ki, İstanbulda ərəb dilində “Cavab” adlı bir qəzet çap olunur ki, islam vilayərlərinə çox gedir. Ona binaən Firəng dövləti Cəzair məmləkətindən ötrü və İngilis Hindistandan ötrü ərəb dilində əlahiddə qəzetlər çap elədirlər ki, zikr olan “Cavab” qəzeti ol yerlərdə olan islam tayfasına təsir eləməsin.
_______________
Teymurxan-Şuradan yazırlar ki, bazar kasaddır. Elə gün olur ki, süfrəyə məət-təl qalırıq. Məzənnə budur: ardigəndum 1 manat 20 qəpik, co 90 qəpik, cövhəri-əla 1 manat 80 qəpik, birinci-alalan 1 manat 25 qəpik, akuleyi-xub 1 manat 65 qəpik, xurma, səbzə 4 manat, əsəli-İran 6 manat 50 qəpik, rəngü həna vücud nərdarəd, əbrişəm girvənkə 3 manat, səqqizi-səfid 2 manat 50 qəpik, qeysi 2 manat 50 qəpik, pənbə 2 manat 50 qəpik. Və genə yazırlar ki, iki aydı ki, yağış yağmır və əgər 2 həftə də yağmasa, Dağıstan əhlini ölmüş hesab edin. Buğda yaxşıdır. Soyuqdur.
_______________
Bu 2 həftənin müddətində biz çap elətdirdiyimiz tel yoxdur. Ona binaən bu nömrə ilə tel çap olunmur.
Qubernski pravleniyanın mətbəəsində təb` olunur.
С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.
[1] Nə bir dəvəyə minmişəm, nə eşşək kimi yük altındayam. Nə rəiyyətin ağası, nə də hökmdarın nökəriyəm.