29 avqust Rusiya, sənə 1876
Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.
Badkubədə avqust ayının 11-də yağış yağıb, bərk külək əsdi. Ona binaən indi hava sərin olub.
DAXİLİYYƏ
Bir şəxs çiynində ağ dəmir düyməli palto, başında ağ furaşka, ayağında cırıldayan çəkmə, ağzında papiros sallana gedirkən, bir cavana rast gəlib, salamlaşıb, birgə getdikləri zaman cavan onun yal-kuyalına baxıb, onu ziyadə kamil hesab edib deyir: bizlərdə deyərlər ki, yer bir öküz üstə dayanıb və onun hər bir əczası tərpənsə, onun üstə olan yerin hissəsi həm tərpənər. Amma mən bunu başa düşmürəm, niyə zəlzələ olan zaman bəzi yerin ətrafı tərpənəndə özü tərpənmir?
C: Öküz boş sözdür, rusların “Narodni poveriya” qəzeti deyir ki, yer Dəryayi-Mühitin içindədir, bir böyük balıq ki, ona kit deyirlər, onu dalında saxlayıb və onun tərpənməyindən yer həm tərpənir.
Cavan bunu eşidib fikrə gedəndə cənab palto söz arasına söz salmaqdan ötrü başlayır ki, dünən mənim dostum Nikolay İvanıçın mənzilində bir neçə ruslar ilə punş içən zaman rus dilində çap olunan “Pustoy” qəzetində Çılpaq oğlu Vaygünni qaçaq barəsində mən yazdığım məktubu oxuyurduq. Əlhəqq çox yaxşı inşa eləmişdim və ol qəzeti çıxardan bu səbəbə məni tərif edib deyir ki, mərhaba, kürd qızından belə oğul? Müsəlmanda belə qabiliyyət?
Cavan bu sözü eşidib qeyrətə gəlib deyir: niyə, məgər bizim müsəlmanlardan qabiliyyət əhli yoxdur? “Əkinçi” qəzetində cənab Heydərinin kəlamını məgər oxumamısınız?
Cənab palto ona əyri baxıb, gülüb deyir: mənim müsəlmani savadım yoxdur, amma onu bilirəm ki, müsəlmandan adam olmaz.
________________
Hər bir qəzetin varlığının əvvəlinci şərti müştəridir. Gərək müştəri olsun ki, qəzet çap olunsun. Məsələn, İstanbul şəhərində ki, hər bir mayəhtac, çapxana, hürufat, onları düzən və qeyrə olduğuna ancaq müştəri gərəkdir. Müştəri olsa dəxi bir şey lazım deyil. Amma bizim Badkubədə onun çap olunmağının şərti çoxdur. Əvvələn dövlət tərəfindən qəzetə baxmaqdan ötrü təyin olan adam yoxdur, bunu cənab qubernatora mühəvvəl ediblər. Saniyən, əgərçi şəhərimizdə 5 çapxana var, amma onların birisində müsəlman hürufatı var. Salisən, hürufatımız az olduğuna bir qəzet ancaq çatır. Xülasə, cənab qubernator qəzet çıxmağa razı olmasa, ya çapxana bağlansa, ya hürufat xarab olsa, gərək qəzetimiz bərhəm olsun. Müştərimiz az olduğundan keçən nömrələrdə danışmışıq, indi qeyri şərtlərdən danışaq. Bizim təzə qubernator bir neçə gün Badkubədə qalıb Rusiyaya gedib və gələn ay geri qayıdacaq. Ol cənab qəzetimiz çap olmağa razı olmağını bilmirik. Qəzetimiz Qubernski pravleniyanın çapxanasında basılır.Onu təzə qubernator gələndə az qalmışdı ki, bağlasınlar, amma bir tövr təzə iləcən saxlayıblar. Sonra nə olacaq, məlum deyil.
Hürufat bir şeydir ki, işləməkdən xarab olur. Əlbəttə, 1 – 2 ilə bizim hürufat da xarab olacaq.
Pəs bizim qəzet baqil deyil. Hərgah müştərimiz də olsa və biz onu çap etdirməyə razı da olsaq, zikr olan şərtlərinbirisi olmasa, gərək onu bərhəm edək. Bu qədər şərtlər ilə biz qəzeti imtahan üçün çıxardır idik və əgər müştərimiz çox olseydi, təzədən hürufat gətirdib Tiflis şəhərində ki, orada dövlət tərəfindən qəzetlərə baxmaqdan ötrü müəyyən olan divanxana var, əlahiddə çapxana açıb, gedib orada həmişə qəzet çıxarmağa məşğul olacaydıq. Amma çifayda müştərimiz az olduğuna iş baş tutmur və əgər gələn il ənva müsibət ilə çıxarda bilsək, gərək allaha şükr edək.
ƏFALİ-ƏHDİ-DEHAT
Əkin yerini qüvvətli etməkdən ötrü hər bir heyvanatın nəcisi və sidiyi işlənir. Ələlxüsus qaramalın nəcisi ki, onları əkinçi öz yerini şuxm etməkdən ötrü gərək saxlasın.
Qubernski pravleniyanın mətbəəsində təb` olunur.
С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.