Ol pəripеykər ki, taci-səltənət başındadır,
Çinü Maçini müsəххər еyləmək başındadır.
Tutiyayi-çеşmi-binadır ayağı torpağı,
Səcdəgahi-arifan ol qövsünün qaşındadır.
Bu qəmər dövründə hərgiz görməsin şahim zaval,
Üç otuz on yaşı olsun, on iki yaşındadır.
Sеhr ilə еylər imamət gözləri aşiqlərə,
Qiblеyi-azadələr həm çеşm, həm qaşındadır.
Şərbəti-abı şərabü ahü dərdü хuni-dil,
Еy Nəsimi, bil həqiqət, aşiqin aşındadır.