Tarlaya gəldi Nəbi,
Gördü səhərdən bəri
Atası tək işləyir,
Tarlasını xışlayır.
Nəbi dedi: - Ay ata,
Gəl məni öyrət, daha
Sən otur, mən işləyim,
Tarlamızı xışlayım.
- Çox gözəl, oğlum, görək,
Gəl öyrəş, eylə kömək...
Verdi xışı, oturdu,
Nəbi ürəklə durdu.
Xış sürməyə başladı,
Atası alqışladı.
1906