25 avqust (1910).
Məmmədəli!
Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısından vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə əlbəttə beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.
İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq.
Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.
Satılmağa göndərilən jurnalı, ağlın kəsəni göndər, kəsməyənləri göndərmə (köhnə nömrələri deyirəm) və dəftərə qeyd elə ki, yadda qalsın.
Hazırlaşırıq gəlməyə.
Mirzə Əlinin kağızını və beş manatı bu gün yetir.
Cəlil.