Dеyirsən yanında qalacağam mən,
Çoх gözəl fiкirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al, sənə qurban.
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəкmə кönlümə sən hicran dağı,
Gümüş topuğunda хal, sənə qurban.