Qonaq Kitabı
TUYUĞLAR

Ya Əli, canım sana olsun fəda,

Qulkəfadır şəninə həqdən nida.

Bu Xətayi könlünə qıldın nüzul,

Mərhəba, ey şahi-aləm, mərhəba.

 

Mustafa fəxri-cəhan, sən həmdəmi,

Zatunuz həm ləhmi anın həmdəmi.

Ey Xətayi, bil Əlidir, bigüman,

Qabi-qövseynin rümuzi məhrəmi.

 

Zati-həqq məfhumi-nəssi lafəta,

Qullara səndən gərək lütfü əta.

Bəndədən kəsmə inayətlən nəzər,

Bu Xətayi bir qulundur pür xəta.

 

Bu Xətayi bəndənin gör halini

Kim, yolunda qoydu başü malini.

Pürgünahəm, tənə qılma, zahida,

Bəndəsinin həq bilür əmalini.

 

Mən Hüseyni məzhəbəm, şahın qulu,

Yəni kim, mənidir allahın qulu.

Ey Xətayi, padşah olmaz kişi,

Olmayınca uş bu dərgahın qulu.

 

Zatın allah məzhəridir, ya Əli,

Kibrü kin səndən bəridir, ya Əli.

Bu Xətayi qeysərü xaqanü Cəm

Qənbərinin Qənbəridir, ya Əli.

 

Sayeyi-xurşidi-sübhandır Əli,

Əhli-fəqrə şahi-mərdandır Əli,

Ey Xətayi, geymiş aslan kisvətin,

Laləkan qəsrində dərbandır Əli.

 

Ol Əlidir aləmə ümmid olan,

Ol Əlidir dünyada təcrid olan.

Ol Əlidir, ey Xətayi, bixəta,

Dünyəvi üqbadə (həm) cavid olan.

 

Gər Əlinin mülki-insandır yeri,

Dər həqiqət ərşi-rəhmandır yeri,

Ey Xətayi, kimdə var mehri-Əli,

Rəhməti-həq, baği-rizvandır yeri.

 

Mən məvali məzhəbəm, rahım Əli,

Hacətim, zikrim, nəzərgahım Əli,

Oldu ənqa tək Xətayi bivücud,

                                             Qafi-qüdrət, sirri allahım Əli.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info