Qonaq Kitabı
Əgər səndən dönər isəm nəsibim ahu-zar olsun!

Əgər səndən dönər isəm nəsibim ahu-zar olsun!

 Baharım qar tökən qışlar,açılmaz bir diyar olsun!

Çəmənzarım,bağım-bağçam saralsın həpsi xar olsun!

 Məzarım od tutub yansın,bu eşqim aşikar olsun!

 

Sus ey bülbül,kəs ey tufan, məramım istirahətdir,

Bu yerlərdə payım yoxmuş,əlacım bir səyahətdir.

Ölüm! eh vay,o nemətdir,o bir şanlı səadətdir,

Əgər vaxtsız ölər isəm, rəqibim bəxtiyar olsun!

 

Fələkdən intiqam istər, qopub ruhumda tufanlar,

Nə insafsız,nə vicdansız olurmuş,yarəb,insanlar!

Yaz ey Vurğun,çağır qopsun,bu gün aləmdə tufanlar,

Dağılsln məhvəri-aləm kökündən tarımar olsun!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info