Qonaq Kitabı
Ey könül! Min namə yaz bir gülüzarın eşqinə

Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,

Can evindən seyrə çıx bir gülzarın eşqinə.

 

Hansı rəssamın əlilə canlanır dünya evi?

Hər çəmən min qönçə açmış nobaharın eşqinə!

 

Gəl, gəl ey sevdalı bülbül,gəl gəzək gülşənləri,

Sən gülün eşqilə dillən,mən də yarın eşqinə.

.

Məcnun öz şurilə cox da aləmə səs salmasın,

Hansı namərd can əsirgər bir nigarın eşqinə?

 

Gün keçir, dövran keçir, öz hökmünü vürmiş zaman ;

Ney tutulsun, badə gəlsən, ruzigarın eşqinə.

 

İnsan oğlu can verər pərvanə tək atəşlərə

Düz sözün, düz ilqarın,duz etibarın eşqinə.

 

Vurğunun öz aləmi, öz qəlbi,öz ilhamı var

Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə.

                                                                                          Noyabr,  1943. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info