Qonaq Kitabı
Qönçə tək ləlini xəndan etdigin, yəni ki, nə?

Qönçə tək ləlini xəndan etdigin, yəni ki, nə?

Lalə tək bağrımı pür qan etdigin, yəni ki, nə?

 

Qarə zülfin ağ yüzün üstündə əfşan eyləyib,

Könlümi ğəmdən pərişan etdigin, yəni ki, nə?

 

Qılmağ içün tazə hüsnin bağın, ey sərvi-rəvan,

Gözümü kuyində giryan etdigin, yəni ki, nə?

 

Tökmək içün qanimi başim kəsib hər dəmbədəm,

Şəhsüvarım, əzmi-meydan etdigin, yəni ki, nə?

 

Aşiqin vəsl ilə bir dəm könlüni şad etməyib,

Bu xərababadı viran etdigin, yəni ki, nə?

 

Gülşən içrə cilvələnmişsən yenə gəşt etməgə,

Can quşun dutmağa seyran etdigin, yəni ki, nə?

 

Bitəvəqqüf hər bəla oxun ki, atsan hər yana,

Sən məni qarşuda qalxan etdigin, yəni ki, nə?

 

Gər yüz ilə kuyində can ver, meyli yox hər dəm sənə,

Ey könül, sən munca əfğan etdigin, yəni ki, nə?

 

Ayağın yüzində dirlik istədim mən, öl dedin,

Müşkilimni beylə asan etdigin, yəni ki, nə?

 

Dil quşuna daneyi-xal üstə dam etmiş saçın,

Yarəb, ani bəndi-zandan etdigin, yəni ki, nə?

 

Çünki qılurdun mana min tövr ilə cövrü cəfa,

Eşqini könlümdə mehman etdigin, yəni ki, nə?

 

Arizini zülfiniz birlən hicab edib müdam,

Ey günəş, yüzini pünhan etdigin, yəni ki, nə?

 

Mehr ilə rəhm etməyübən, qəhr birlən öldürüb

Bəndəyə lütf ilə ehsan etdigin, yəni ki, nə?

 

İstəmişdin qətlimi, can müjdə verdim mərdana,

Gözü könülni peşiman etdigin, yəni ki, nə?

 

Ğönçə gül xəndan olub nərgislə susən bitməgə

Arizin bağin gülüstan etdigin, yəni ki, nə?

 

Pərdəsindən kəşf edüb ol vərdi-əhmər yüzini,

Bülbüli aləmdə dastan etdigin, yəni ki, nə?

 

Çünki can verməzsən, ey ömrüm, bu cansız cismimə

Suyi-ləlin abi-heyvan etdigin, yəni ki, nə?

 

Vargil, ey badi-səba, ol ənbərəfşan, zülfə de,

Bu qəmər dövrində dövran etdigin, yəni ki, nə?

 

İstərəm gəldükcə ğəmdən qurtarasan rəhm edüb

Günbəgün dərdim firavan etdigin, yəni ki, nə?

 

Ləşkəri-eşqin çəkib üstümə hər dəm, dilbəra,

Xaneyi-könlümni talan etdigin, yəni ki nə?

 

Xalların filfil, yüzün gül, ləblərin mül, ey sənəm,

Xətlərini dəstə reyhan etdigin, yəni ki, nə?

 

Bəhrə döndü çövrəniz əşkimdən, ey ayinəru,

Göz yaşından böylə ümman etdigin, yəni ki, nə?

 

Seyr edərkən mürği-dil baği-rüxində bənd edüb,

Ani dər çahi- zənəxdan etdigin, yəni ki, nə?

 

Çalmaq içün başımı top eyləyib meydan ara,

Hav edib zülfini çövkan etdigin, yəni ki, nə?

 

Çünki zülmətdən çıxarmaz könlümi şəmi-rüxün,

Sən anı şəmi-şəbistan etdigin, yəni ki, nə?

 

Mən gədayə çünki yoxdur rəhmin, ey can, eşqini

Könlümün təxtində sultan etdigin, yəni ki, nə?

 

Eydi- yüzinçün, şəha, müjkan oxilən canımı

Qaşların yayinə qurban etdigin, yəni ki, nə?

 

Mədəni-yüzündə bir höqqə dəxanındır dişin,

Ləblərin tərfini mərcan etdigin, yəni ki, nə?

 

Aldı zəmzəm Kəbeyi-vəslin səfasindən gözüm,

Tövfi-dil dərdinə dərman etdigin, yəni ki, nə?

 

Hər sütunin qəsri-baği-dildə can miqdarini

Nisbəti-hənnanü Mənnan etdigin, yəni ki, nə?

 

Bu Xətayi könlüni, ey nərgisi-cadu nigar,

                                     Özünə sehr ilə heyran etdigin, yəni ki, nə?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info