Qonaq Kitabı
Cinayət...

Səbəbsiz deyildir nə ölüm,nə qan,
Nə sevda,fırtına,nə dağda duman.
Bütün fəlakəti yaradır "insan",
Mən bu həqiqəti səndən öyrəndim.

Bəlkə sayıqladan məni azardır,
Başıma gen dünya yenə də dardır.
İçimdə gizli bir "cinayət"vardır...
Nə qədər açlalıb,nə qədər endim,
Mən bu həqiqəti səndən öyrəndim

Parçalan ey qəlbim! Bir dəfə sökül!
Xəstə yarpaq kimi ovxalan, tökül!
Bəlkə zədələndi o dərdiyim gül...
Artıq öz-özümə baxıb iyrəndim,
Mən bu həqiqəti səndən öyrəndim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info