Qonaq Kitabı
Şol mübrək zatına işim sənadır, ya nəbi

Şol mübrək zatına işim sənadır, ya nəbi,

Asiliğ bimarinə adın şəfadır, ya nəbi.

 

 

Ayağın toprağının qədrin nə bilsün hər kişi,

Kün-fəkan ol toprağa kəmtər bəhadır, ya nəbi.

 

Ol məqamin kim, mələk yetməz süqufi-nəlinə,

Ayağın altında ol bir xaki-padır, ya nəbi.

 

Qaldı sidrül-müntəha, keçdin fələkdən ta zəmin,

Kim yetər, bu qədri-həqqə müntəhadır, ya nəbi.

 

Ey günəş yüzlü, səni hər kimsə ki, həq bilmədi,

Danla məhşərdə anın yüzü qəradır, ya nəbi.

 

Çün sənin xoşluğuna yaratdı sane aləmi,

Ayağın toprağına canım fədadır, ya nəbi.

 

Hər münafiq kim, sana könlündə inkar eylədi,

Ta əbəd yanmağ cəhənnəmdə rəvadır, ya nəbi.

 

Həm sənin tərifin etdin, həm Əlinin ol ilah,

Nişə kim, sən Mustafa, ol Murtəzadır, ya nəbi.

 

Bu Xətayi xəstəyə qılgil şəfaət ruzi-həşr,

                                     Çünki əslindən səninlən aşinadır, ya nəbi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info