Qonaq Kitabı
OVUC YAZISI

 

Ovuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir.

Ovuc yazısı nə deməkdir?

Ovuc yazısı ondan ibarətdir ki, mirzə cənabları yazmaq istəyəndə əvvəl ədəb ilə dizi üstə əyləşir, sonra cibindən qələmdanı çıxardır, dəvata (mürəkkəbliyə) bir qətrə su tökür, qoltuq cibindən bir ovuc yekəlikdə bir kağız parçası çıxardır və “bismillah” deyib başlayır mətləbini yazmağa.

Mirzə cənabları çox tez-tez yazır və bundan savayı da çox rizə yazır; elə rizə yazır ki, elə bil ki, baramq qurdu toxum tökür. Elə yazmaqdadır və tutaq ki, kağızda dəxi yer qalmayıbdır, - amma münşi cənabları kağızı sağa çöndərir, sola çöndərir – yenə qıraq bucağında yer tapıb yazır.

Həmin bu bir ovuc vərəqənin üstdə çox mətləb yazmaq olar, necə ki, bir balaca kağızın üstə min-min barama toxumu tökmək mümkündür. Belə bir varaq kağızda böyük bir hekayə roman yazmaq olar, bu vərəqin üstündə İngilis hökumətinə ultimatum yazmaq olar. Söz yox ki, Firdövsinin “Şahnaməsi” və Sədinin “Gülüstan” və “Bustanı” bu böyüklük vərəqə üstə yazılıbdır.

Amma burası var ki, bu qədər uzun mətləbləri bir balaca kağız üstə sığışdırmaq hər bir hürufat ilə mümkün deyil: bu hünər tək bircə ərəb hərflərinin hünəridir.

 

 

Mozalan.

“Yeni yol”, 8 iyul, 1923, â„– 11.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info