Qonaq Kitabı
Ey ki, yoxdan bu cəhanı var edən pərvərdigar

 

Ey ki, yoxdan bu cəhanı var edən pərvərdigar,

Yeri qaim, gögləri dəvvar edən pərvərdigar.

 

“Küntü kənz”in ayəti vəsfində olmuşdur nüzul,

Varlığına kün fəkan iqrar edən pərvərdigar.

 

Cümleyi-aləmdə sən gündən dəxi zahir, vəli

Dildə daim adını səttar edən pərvərdigar.

 

Möminə məskən qılıbdır baği-cənnatü nəim,

Kafəri-münkir məqamin nar edən pərvərdigar.

 

Cümlə əşyalər gözin dər xab edəndir gecələr,

Gögdə kövkəblər gözin bidar edən pərvərdigar.

 

Bir qulunu odə yaxub qıldı fi-nari-səqər,

Bir qulunu məhrəmi-əsrar edən pərvərdigar.

 

Misr içində Yusifi bir qul ikən sultan edən,

Dərd ilə Yəqubini bimar edən pərvərdigar.

 

Yunisi dərya içində yudduran bir balığa,

Atəşi İbrahimə gülzar edən pərvərdigar.

 

Yağduran dəryayə gögdən əbri-neysan yağmurun,

Qətrəsindən lölöyi-şəhvar edən pərvərdigar.

 

Ənbiyalər bəxşinə yazduran əlan mərtəbə,

Mustafanı cümlədən muxtar edən pərvərdigar.

 

On iki məsumi-paki piş edən ümmətlərə,

Mürtəzani heydəri-Kərrar edən pərvərdigar.

 

Lütf ilə əhvalinə qılgil Xətayinin nəzər,

                                 Eşq içində valehi-didar edən pərvərdigar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info