Qonaq Kitabı
POÇT XƏRCİ

 

Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.

İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.

Bu işlərdən anlaşılır ki, tək Bakıda yox, Azərbaycanın qeyri şəhərlərində də poçt xərcləri çox-çox artıblar.

Aşkardır ki, hər bir bahalıq dadüstədin[i] qabağını alan kimi, poçtun da bahalığı nəşriyyatımızın yatmağına bais olacaqdır.

Bizə yəqindir ki, bu səhvdən və bəlkə belə qəflətdən Şura hökumətinin xəbəri yoxdur, zira ki, Şura hökuməti nəşriyyat tərəqqisinin birinci tərəfdarıdır.

Poçt baş idarəsi bunu bilməlidir və öz səhvini düzəltməlidir, çünki poçt müxabirəsinin çətinliyi və intizamsızlığı poçt baş idarəsi üçün hər bir zamanda əsbabi-töhmət olub və olmalıdır.

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 10 mart, 1923, â„– 16.



[i] Dadüstəd – alış-veriş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info