Qonaq Kitabı
ƏKİNÇİLİK ALƏMİNDƏN

 

Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.

Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.

Əvvəla çəyirtgə məsələsi elə bir əhəmiyyət qazanmaqdadır ki, bu yolda istər hökumət, istər camaat var qüvvəsi ilə çalışmalıdırlar ki, bəlkə bu nagahan bəlanın zərərini bir növlən əkinçilərin başından rədd eləyələr. Düşmən də çox qəvi[i] düşməndir, çünki alınan məlumata binaən, üç yüz min desyatin miqdarında çöllər çəyirtgə toxumu ilə doludur. Və bu da məlumdur ki, yüz min desyatin əkinəcək zəmilər çəyirtgənin dövlətindən puça çıxıblar.

Pambıq əkmək söhbətinə gəldikdə, bu məsələ də çəyirtgə məsələsinə təmamən bağlıdır. O səbəbdən ki, madam ki, çəyirtgənin qorxusu uzaqlaşmayıbdır, pambıq barəsində də olunan binagüzarlıqlar hədər nəzərə gələcəkdir.

O ki, qaldı əkin suları – burada da çox tədbirlər görülməlidir. Bir tərəfdən kəhrizlər, sahibsiz fəna bir haldadırlar, çünki onları nə qabaqkı sahibləri sahiblənib becərməkdədirlər, nə kənd camaatları sahiblənib abad saxlamaq fikrindədirlər. Və onun üçün də kəhrizlər gün-gündən puça çıxmaqdadırlar.

Həmin məsələləri məmləkətin gələcəyi üçün biz nəhayət ciddi hesab edib, bu barədə bundan da sonra genə yazmaqda olacağıq.

 

İmzasız.

“Yeni yol”, 11 noyabr, 1922, â„– 8.

 



[i] Qəvi – güclü, qüvvətli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info