Qonaq Kitabı
KOMİTƏ İŞLƏRİ BARƏSİNDƏ

 

İki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.

Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.

Yeni əlifba kitabçasından 12 min nüsxə çap olunmuşdu. Bu az müddətin içində bu qədər kitab satılıb qurtulduğuna görə, ikinci dəfə çap olunması komitə iclasında qərara alındı. Habelə qət olundu ki, bu kitabın ikinci hissəsi də bu tezlikdə çap olunsun.

Həftəlik “Yeni yol” qəzetimiz Azərbaycan qəzalarının hamısına göndərilir. Bakıda isə qəzet satan uşaqlarda və Parapetin yanındakı Abbasovun budkasında satılır.

 

İmzasız.

“Yeni yol”, 28 oktyabr, 1922, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info