Qonaq Kitabı
YAXŞI İŞİN TARİXİ

 

Hər bir işin ayrıca, özünəməxsus tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan işi ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli, mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini devən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedaqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənir.

Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən bir yolluq əl çəkməlidir.

 

 

İmzasız.

“Yeni yol”, 14 oktyabr, 1922, â„– 4.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info