Qonaq Kitabı
Dilbəra, eşqin tənimdə sevgili candır mana

Dilbəra, eşqin tənimdə sevgili candır mana,

Pərtövi-mehri-rüxin xurşidi-tabandır mana.

 

Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam,

Hiç əlac etmən tələb, neyçün ki, dərmandır mana.

 

Asitanın xakini vermən cəmii-aləmə,

Hər ayağın toprağı mülki-Süleymandır mana.

 

Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah,

Zikri-eşqin dildə daim virdi-Qur`andır mana.

 

Ey Xətayi, xubların cövri vəfadır aşiqə,

Firqəti mehr nigarın, cövri ehsandır mana.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info