Qonaq Kitabı
MÜŞTƏRİLƏRƏ

 

  1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri-imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər, çün məqalələr barəsində zəbani sual-cavaba[i] vaxtımız azdır.
  2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya farsi dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.
  3. İdarəmizə göndərilən məktublar açıq qurani xətlə, müəyyən imza ilə yazılsınlar. Tapmacalı tərəssül xəttinə təqlidən şikəstə, yəni qol-qanadı sınıq yazılar bizi çox zəhmətlərə salırlar.
  4. Məktubun üç səhifəsini təmiz qoyub, qabaqkı yazıq səhifəyə yetmiş iki mətləb doldurmasınlar, yetmiş iki haşiyə çıxmasınlar, hərfin öz nöqtəsini öz yerində qoysunlar və elə rizə[ii] yazmasınlar ki, biz zərrəbinə möhtac olaq.

Əgər bu şərt mülahizə olunmazsa, mümkündür ki, idarəmizə göndərilən məktublara etina olunmaya.

 

İdarədən.

“Molla Nəsrəddin”, 14 şaban, 1339 (23 aprel, 1921), â„– 6.



[i] Zəbani sual-cavab – şifahi surətdə sual-cavab etmək.

[ii] Rizə - xırda, narın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info