Qonaq Kitabı
İDARƏDƏN BİR NEÇƏ SÖZ

 

Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxoyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verirdi.

Niyə, nədir bunun səbəbi?

Əlbəttə, səbəbsiz deyil, burada söz yox ki, bir hikmət var, yəni vallah heç hikmət də yoxdur. Əsl mətləb buradadır ki, qardaş, vallah yer üzünü bədəməl və binamaz bürüyüb, xalq hamı dönüb şeytana, məluna. Dəxi Allah-taala nə eləsin? O da baxıb görür ki, cəmi məxluqat bijləşib: nə müsəllaya çıxan var, nə dua-səna edən var. Yəni eləsələr də, nə mənası? Çünki müsəllanın öz şərt-şürutu var.

Həqirin bu sözlərinin sübutu üçün götürün Səmərqənddə çıxan “Hürriyyət” qəzetini və dördüncü və beşinci nömrələrində çap olunan fazili-muxtar Hacı Mirzə Bərat Mirzə Muradzadə təbibin müqəddəs məqaləsini nəzərinizdən keçiriniz və görünüz ağa nə yazır. “Yeki əz bəradərani-dini göft ki, çənd məratibə becəhəti-baran və duayi-baran bacəmaeyi-müslimin rəftim, duaha beicabət nərəsid, bexatiri-həqir həmin məsələ nifaq xütur kərd. Hekayəti-qəti-baran dər zamani-həzrət Musa əleyhüssəlam və tələbi-baran-nümudəni peyğəmbəri-xuda səlləllahu-əleyh və alihi və beicabət nərəsindəni-duayi-an həzrət besəbəbi-yeknəfər nəmmam, yəni süxənçin bud ki, hekayəti-an inəst.

Dər zəmani-Həzrəti-Musa səlləllahu-əleyh və alihi Sali baran nəyaməd. Cəmaeyi-israiliyan amədə, ərz kərdənd, həzrəti Musa bəxəvasi-əshabi ruzə, nəmaz, istisqa və duayi-istisqa nümud, baran nəyaməd. İstiqasə bədərgahi-ilahi nümud: “İlahi! Məra kəlimi-xud xandi. Ru bədərgahi-tö avördəm. Məra məyus nəkon. Xitab rəsid ki, ey Musa, dər miyani-in cəmiət yek nəfər münafiq və nəmmam həst, ta ura birun nəkoni duayi-tö müstəcab nəxahəd şod. Pəs ma biçarəgan bein həmə nafərmani və in həme nifaq və süxənçini, mixahim duayi-man müstəcab şəvəd. İn nist məgər əz tərki-əmr beməruf və kəsrəti-nifaq...”

Bəs, əzizim, Səfeh şamaxılı, bir gör ağa nə yazır: bizim bədbəxtliyimiz özümüzdəndir; ondandır ki, içimizdə nəmmam çoxdur, çoxdur, çoxdur, qardaş çoxdur, yoxsa içimizdə nəmmam duamızı eşidib hər nə istəsən bu gündən sabaha qoymayıb göndərər. Yağış istəsən – yağış göndərər, qar istəsən – qar göndərər. Ancaq işləri xarab edən o haramzada nəmmamlardı ki, müsəllamızı xarablayırlar. Yoxsa sən demə ki, indiki əsrdə Mirzə Bərat kimi fazillərimiz baha pula alınan kağızlarımızı belə-belə moizələrlə doldurur.

Yox, yox, bizi mədəni millətlərdən geri qoyan fazillərimiz deyil, onlar qara camaata ilqa edən belə-belə qış kürsüsü nağılları deyil, ancaq müsəllaya çıxan camaatın içində gəzib dolanan münafiqlərdir. Dəxi bundan başqa özgə bədbəxtliyimiz yoxdur.

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 12 may, 1917, â„– 12.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info