Qonaq Kitabı
İZALEYİ ”“ NƏCASƏT

 

İranlı qardaşlar ilə bərabər İranın müsibətinə qüssələnirik. Vətən yolunda namərd cəlladların hökmü ilə şəhadətə yetən qələm sahiblərinin və qeyri-mücahidlərin pak ruhuna səcdə edirik və İran məmləkətinin bu bəlalardan qurtarıb xoşbəxt olmağını səmimi qəlbdən arzulayırıq.

İrana dair Molla Nəsrəddin sayaqında məzəli sözlər danışmağı və məzhəkəli məqalələr yazmağı indiki vaxtda lazım görmürük, yəni uzun yazmaq üçün bir mətləb də yoxdur. Əgər bu işlərin səbəbini birisi bizdən dübarə soruşsa, biz genə qabaqlarda dediyimiz sözü deyəcəyik: İranın bu halına əvvəlinci və axırıncı səbəb bu olubdur ki, İranda indiyədək hər bir müsəlman bir özgə müsəlmana rast gələn kimi hər bir şeydən qabaq bunu soruşub:

“Təqlidin kimədir?”...

­­­­­­­­­­­­­­­_____

 

Sözümüzü qurtarırıq, amma iranlı qardaşlarımıza iki vəsiyyətimiz var:

Əvvəlinci vəsiyyətimiz budur ki, əlbəttə və əlif əlbəttə İranda sakin olan əcnəbi məmləkətlərin təbəələri ilə o cür rəftar eləsinlər ki, bir nəfərin burnu qanamasın. Həmi insandustluq naminə, həmi də ondan ötrü ki, həriflərin əlinə bir bəhanə düşməsin.

İkinci vəsiyyətimiz də budur ki, Məhəmmədəli şahın əsrində İran torpağında yaşamağı özlərinə rəva görməsinlər. Və Məhəmmədəli şahı özlərindən uzaq eləməyi “izaleyi-nəcasət” dərəcəsində bilsinlər, çünki bir hava ki, üfunətləndi, orada nəfəs çəkib zindəganlıq eləmək dəxi mümkün deyil.

 

İdarədən.

 “Molla Nəsrəddin”, 23 iyun, 1908, â„– 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info