Qonaq Kitabı
XEYİR ”“ DUA

 

İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst – başı cırıq, çirkli, küt nəzərlərində qprxu ifadəsi. Onlar ürkmüş sürü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.

Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım – cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız; bir yerdə ki, adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki, onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki, adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, - belə yerdə yaşamağa dəyməz.

Gedirsiniz, yaxşı yol! Ancaq ey İranın yazıq övladları, gedərkən siz bunu yadınızda saxlamalısınız.

Əvvələn, siz buradan sakit gedin və öz qəlbinizdə heç bir kin və ədavət hissi aparmayın. Siz unutmamalısınız ki, bizdə heç kəs sizi qonaq hesab edərək, sizə qarşı kin hiss etmirdi və bir tük qədər də sizi incitmək istəmirdi. Əgər sizə yenə də xətər toxundusa, buna bircə səbəb bu oldu ki, siz təsadüfən vəhşi və mənasız küçə qırğınları fırtınasına düşdünüz. Unutmayın ki, sizinlə bərabər o biri millətlərin də adamları təsadüfən zərərdidə oldular və buna baxmayaraq, o millətlər də heç biri düşmən tərəflərə qarşı öz münasibətini dəyişmədi və öz həmməzhəblərinə kömək çıxmadılar. Belə də olmalıdır, siz də belə etməlisiniz.

Vətəninizə qayıdandan sonra öz dinayrı qardaşlarınıza rast gələndə, siz onlara, hansı millətə mənsub olsalar da, bir qonaq kimi hörmət və təzim göstərməyə çalışın. Əgər pis adamların təsiri altında sizin ürəyinizə şübhə damsa, o zaman siz elmli, ağıllı və həqiqi etiqadlı şəxslərin məsləhətini soruşun, özləri heç bir şey anlamayan mollaların və fanatiklərin məsləhətini soruşmayın.

Ey yazıq İran fəhlələri, bir şeyi də unutmayın: öz vətəninizə qayıdandan sonra siz özünüz kimi cırım-cındırlı, ac və məzlum əməkçi xalqı öz başınıza toplayın və onlara bu xoş xəbəri yetirin. Onlara nağıl edin ki, burada, bütün Rusiyada, bütün əməkçi xalq ayağa qalxmış və böyük bir qüvvə halında toplaşaraq, bu günə kimi altında zarıdığı zülmü öz üzərindən atmışdır. Orada öz yerli fəhlələrinizə yetirin ki, onların Rusiyadakı yoldaşları onlara salam göndərirlər. Əgər orada onlar buradakı öz yoldaşlarının yolu ilə getmək istəsələr, əgər onlar İran zalımları, xanları, ağaları, mollaları, dövlətliləri, şəhzadələri və sairələri tərəfindən onların boynuna salınmış boyunduruqdan azad olmaq istəsələr, əgər onlar öz insan hüququnu müdafiə etmək və azadə nəfəs almaq istəsələr, o zaman onların Rusiyadakı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şüarını verərlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun:

“Bütün ölkələrin proletarları, birləşin!”

Qoy oxusunlar və birləşsinlər!

 

“Kavkazski raboçi listok” qəzetindən,

9 dekabr, 1905, â„– 13.

Rus dilindən tərcümə olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info