Qonaq Kitabı
Cana, könüldə həmdəm olan qəmdürür mana

Cana, könüldə həmdəm olan qəmdürür mana,

Gör kim, fəraq evində nə həmdəmdürür mana.

 

Ancaq yüzün görəndə sənin can degil mə`lul,

Zülfin kimi könül dəxi bərhəmdürür mana.

 

Dil təşnə olsa vadiyi-hicrində, qəm yemən,

Ləlin zülali çeşmeyi-Zəmzəmdürür mana.

 

Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni,

Bu çox bəla ki, hicrin edər kəmdürür mana.

 

Miskin Xətayi vəsl ilə yüz il yaşar müdam,

Bu ömr kim, zəmanədə bir dəmdürür mana.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info