Qonaq Kitabı
ƏDƏBİYYAT

 

Yanvarın 30-nda Tiflisdə müsəlman dilində teatr məclisi təşkil olmuş. Həmən məclisdə mərhum Mirzə Fətəlinin “Mərdi-xəsis Hacı Qara” adlı təmsili oynanıldı.

Müsəlman qardaşlarımız mədəniyyətə ələl-ümum və əsrimizə müvafiq mətləblərə rağib deyillər. Habelə teatr məclislərinin də qədrini bilməyib, bu növ işlərə məhəl qoymurlar. Hələ indiyə kimi müsəlmanların cümləsi teatr məclisini “oyunbaz məclisi, hoqqabaz yığıncağı” hesab edib, bu tövr yerlərə getməyi şənlərinə şikəst bilirlər.

Çox səhv edirlər o şəxslər, hansılar ki, teatr məclisini oyun-oyuncaq məclisi mənziləsində tuturlar, çünki teatr məclislərindən murad o deyil ki, burada adam gülsün. Mötəbər ingilis şairi Şekspir düzdüyü təmsilatı teatrlarda oynayan vaxt tamaşa edənlərin ağlamağı tutur, nəinki gülməyi. Əgər Tiflisdə qonşu millətlərimizin banizam[i] və cəlallı teatr dəstgahlarını müsəlmanlarımız öz gözləri ilə görməmiş olsaydılar, biz bu barədə dəxi də çox danışardıq. Güman edirik ki, bu dediyimiz kifayət verə.

Dəxi təəccüb eləmirik ki, “Hacı Qara” məclisinə az müsəlman cəm olmuşdu.

 

 

C. M.

 “Şərqi-Rus” qəzeti,  4 fevral, 1904, â„– 13.



[i] Banizam – burada: əməlli-başlı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info