Qonaq Kitabı
VİVESKALARIMIZ

 

Vıveskayı türkcə yaz,

Latınca yaz, rusca yaz.

Verildi prikaz,

Yaz dedilər, yaz!

Tapıldı rəngsaz,

Verildi pul az,

Yaz dedilər yaz!

Indi buyur, lövhəyə bax,

Sözlərin hamısı dalqabaq:

“Parçaçı” оlmuş “paçaçı”,

“Bəzzaz” оlub “baz”.

Yaz dedilər yaz!

“Baqqalı” yazdı “saqqal”,

“Baksayuz”u “bakmayuz”;

“Azsayuz” оldu “Azsatuz”,

Maşın satan “maz”,

Yaz dedilər yaz!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info