Qonaq Kitabı
BİLİRƏM

 

“Zəhlə töküb yazma” – deyənlərə

 

Yazdığım zəhləni tökməkdədi çоxdan, bilirəm,

Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!

 

Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,

Şüəra və üdəbalar kimi mahir deyiləm.

Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,

Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.

Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,

Yazdığım zəhləni tökməkdədi çоxdan, bilirəm!

 

Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,

Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.

Məcburam töhmətin ilə səsimi mən də kəsəm,

Məni əfə eylə, itaət sözünə eyləməsəm.

Mən də çün-çün yazmağıma yоxdu bir imkan, bilirəm,

Yazdığım zəhləni tökməkdədi çоxdan, bilirəm!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info