Qonaq Kitabı
Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana

Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana,

Və`deyi-dövri-qəmərni tapşırır dövran ana.

 

Çün sənin hüsnün misali-Yusifi-Kən`anidür,

Yüzini hər kim ki, görməz, yoxdurur iman ana.

 

Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim,

Eylə yanmışdır bu bağrım, yoxdurur dərman ana.

 

Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman,

Qanlı yaşımdan tökər hər dəm gözüm baran ana.

 

Zülməti-zülfində könlü bu Xətayi xəstənin

Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ana.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info