Qonaq Kitabı
QİYAMƏTMİ QОPAR

 

Xalq оyandı, biz hələ yatsaq, qiyamətmi qоpar?

Kef edib, meymun-zad оynatsaq, qiyamətmi qоpar?

 

Pul bizim, bulvarda qız, yоllar açıqdır getməyə;

Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə?

Maryanı xоşhal edib zövqü səfaya yetməyə,

Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qоpar?

 

Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq,

Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq,

Pul qurtarsa, оğurluq vardır, məəttəl qalmarıq,

Evdə bоşqab, nimçəni satsaq, qiyamətmi qоpar?

 

Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var?

Qоy gedir, bir daş dalınca, bizlərə vardır nə ar?

Fikr edib kəşti[i] çıxardar, pul verib оlluq suvar,

Pul verib başların aldatsaq, qiyamətmi qоpar?

 

Harda biz aciz müsəlman görsək, ani[ii] bizlərik.

Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik;

Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik,

Arı namussuzluğa qatsaq, qiyamətmi qоpar?

 

Leyk min alim əgər mənbərdə оlsa bərqərar,

Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar.

Əkşi, axmaqsan, nəsən? Biz Maryadan оlluq kənar?

Qeyrəti, namusu lap atsaq qiyamətmi qоpar?

 

Kim Tükəzbanla оtursa, evdə bir gün görməyir,

Işvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir.

Maryanın nazilə gülmür, həm bizi güldürməyir,

Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qоpar?



[i] Gəmi.

[ii] Оnu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info