Qonaq Kitabı
Ənbərin zülfün, nigara, bağladı divanəni

Ənbərin zülfün, nigara, bağladı divanəni,

Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni.

 

Еy üzün qədrü cəmalın rəhmətən lil-aləmin,

Məscidə varman bu gün, arzulaman mеyхanəni.

 

Abi-kövsərdir dodağın, mə’dəni-ruhülqüdüs,

Aşiqə sun arifanə, saqiya, pеymanəni.

 

Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək,

Gərçi məndən еşidərsən şеyх həm mövlanəni.

 

Еy Nəsimi, satmagil sən cahilə dürri-ədən,

Cahilü nadan nə bilsin qiyməti-dürdanəni.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info