Qonaq Kitabı
Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz

Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz,

İçdim ləbin şərabını, cam olmadan hənuz.

 

Gördüm üzünü Kə’bədə əhli-səfa ilə,

Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz.

 

Yazmış üzündə surеyi-rəhman ələssəlam,

Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz.

 

Gördüm üzünü nuri-təcəllivü şövqünü

Ayü günəşdən nuri-qiyam olmadan hənuz.

 

Dürdanə dişlərini nigarın görəndə mən,

Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz.

 

Vəchində yazmış idi anın yirmi səkkiz hərf,

Хətti-bəyani-hərfü kəlam olmadan hənuz.

 

Görmüş idi üzündə Nəsimi nişani-həq,

Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info