Qonaq Kitabı
Nə ev xayalı, nə də fikri-aşiyanə mənə

Nə ev xayalı, nə də fikri-aşiyanə mənə

Ki, bəsdir unsi-fərağət misalı lanə mənə.

 

Səni görəndə şadam, görməyəndə zar oluram,

Visalın ilə sevindi, demə bəhanə mənə!

 

Ölüncə qəlbimə dağdır məhəbbətin fikri

Ki, yadigar kimi qalsın bu dağ nişanə mənə.

 

Bu ruzigardə mən zaru binəva qaldım,

Qəribədir, verir üz mehnəti-zəmanə mənə.

 

Pənahgahıdı çox Natəvani-qəmzədənin,

İlahi, qalsın həmişə bu asitanə mənə!

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info