Qonaq Kitabı
Səninlə, ey büti-məhruy, mehriban mən idim

Səninlə, ey büti-məhruy, mehriban mən idim,

Ənisü-munis idim, yari-mehriban mən idim.

 

Cəmalının gülünə nişi-xar tapmadı əl

Ki, hüsn bağına peyvəstə bağban mən idim.

 

Səriri nazdə sən xabi-naz edən gecələr,

Səbahədək səri-guyində pasiban mən idim.

 

Səbəb nə oldu məni hicrə mübtəla qıldın?

Nisar edən səri-guyində cismü can mən idim.

 

Rəvadı bunca çəkim dərdi-firqətin, axır,

Visal günləri, ey dust, kamran mən idim.

 

Bəla xədənkinə, neylim, məni nişan qıldın,

Rəqib tənəsinə xatiri-nişan mən idim.

 

Səlamət əhli nə bilsin nədir məlaməti-eşq?

El içrə şöhrəti-eşq ilə dastan mən idim.

 

Driğ, yanmadı yar, görmədi fəraq odunu,

Neçün güman eləməz eşqdə yanan mən idim.

 

Həmişə vəslin ilə şadü xürrəm olmuşdum,

Bu hicr oduna yanan zarü Natəvan mən idim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info