Qonaq Kitabı
Ey dust, yararmı böylə iqrar?

Ey dust, yararmı böylə iqrar?

Yar olduğum idi, oldum əğyar,

 

Sən qeyrilər ilə üns tutdun,

Bilməm niyə yarını unutdun?

 

Sən qeyr ilə həmzəbanü yekdil,

Əmma, mənə ruzgar müşkil.

 

Bəsdir mənə verdiyin bu xiffət

Əğyar arasında, bimürüvvət!

 

Birəhmlik etdiyin yamandır,

Bir rəhm elə kim, aman, amandır!

 

Bax bir fələkə, gör indi, zinhar,

Gör kimlər ilə edibdir iqrar?

 

Əfsus ki, keçdi ruzigarım,

Ahım sənə çatmaz, ey nigarım!

 

Biganəlik etmə, aşinayəm,

Dərgahinə kəmtərin gədayəm.

 

Hər an ki, məni bu halə salmış,

İndi belə qeylü-qalə salmış.

 

Gəl rəhm qıl indi, padşahım!

Əflakə yetişdi dudi-ahım.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info