Qonaq Kitabı
Nədir murad, fələk etməz imtahan tərkin?

Nədir murad, fələk etməz imtahan tərkin?

Güli-füsürdə qılır cövri-gulsitan tərkin.

 

Necə qərinə keçib, çəkməz əl cəfasından,

Budur məramı, qıla sərv busitan tərkin.

 

Fəraqə düşmüşəm, olmuş müdam işim əfğan,

Məgər gül olmazsa, bulbül edər fəğan tərkin?

 

Cahanı tərk edərəm, cümlə dövlətü varın,

Mahaldır eləmək böylə nocavan tərkin.

 

Çəkib fəraq, olalı dərdü qəm giriftarı,

Sirişkimin, olumu eyləmək rəvan tərkin?

 

Nə oldu, gənci-rüxün eylədi nəhan gözdən!

Xəzinə sahibi eylərmi pasiban tərkin?

 

Qədim rəsmdi kim, mülki-dil olur viran,

O dəm ki, məmləkətin qılsa xosrovan tərkin.

 

Nə bais oldu ki, tez kəsdi məndən ünsiyyət,

Qərarü səbrü təvan etdi Natəvan tərkin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info