Qonaq Kitabı
Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm

Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm,

Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

 

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,

Edibdir sinəsin parə, mənim abad olan könlüm.

 

Niyə peymanidən keçdin, niyə zəncirdən qaçdın?

Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

 

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,

O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.

 

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,

Gəzər Məcnun tək avarə mənim naşad olan könlüm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info