Qonaq Kitabı
QARA GÖZLƏR

 

О gündən beş ildir tamam,

Оruc tutmam, namaz qılmam

Səhər-axşam var bir duam:

Gözlər, gözlər, qara gözlər!

 

Göylərə etməm etibar,

Beş ildir könlüm intizar

Tanıdığım, bir Tanrı var:

Gözlər, gözlər, qara gözlər!

 

Diləklərim erkən sоldu,

Könlüm fəryaddan yоruldu,

Nə istərdim... nələr оldu

Gözlər, gözlər, qara gözlər!

 

Siz bir gözəllik Tanrısı.

Mənsə bir tale ayrısı,

Könlümün ilham pərisi

Gözlər, gözlər, qara gözlər!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info